İsrailin zərbələri başladıqdan sonra ABŞ və İran birbaşa danışıqlar apardı

saytların hazırlanması

Evə çatdırılma

İsrailin zərbələri başladıqdan sonra ABŞ və İran birbaşa danışıqlar apardı

Siyasət

19 İyun 2025 23:25 377


İranın xarici işlər naziri Abbas Əraqçi İsraillə hərbi əməliyyatların başlamasından sonra ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla bir neçə dəfə telefonla danışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Reuters” adı açıqlanmayan bir neçə diplomata istinadən məlumat yayıb.

Məlumata görə, ilk telefon zəngi Vaşinqtonun təşəbbüsü ilə edilib. Həmin telefon danışığı zamanı ABŞ-nin xüsusi nümayəndəsi Yaxın Şərqdəki münaqişənin nizamlanması üçün yeni təkliflə çıxış edib. Bundan əlavə, Əraqçi və Uitkoff ABŞ-nin mayın sonunda İrana göndərdiyi təklifi müzakirə ediblər. pizza hut

Agentliyin mənbələri bildiriblər ki, son danışıqlar bu həftə baş tutub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!