İsraillə müharibə ehtimalı çox yüksəkdir - İran XİN

saytların hazırlanması

Evə çatdırılma

İsraillə müharibə ehtimalı çox yüksəkdir - İran XİN

Dünya

05 Sentyabr 2025 22:47 543


"Tehran bölgədə yeni müharibənin qarşısını almağa çalışır, lakin İranla İsrail arasında hərbi toqquşma ehtimalı çox yüksək olaraq qalır".

"Yeni Sabah" "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə məlumat verib.

O, əlavə edib ki, İrana qarşı aparılan müharibə nüvə məsələsində vəziyyəti dəyişdirib və Beynəlxalq Atom Enerjisi Agentliyi ölkənin nüvə obyektlərinə dəstək verə bilməyib. pizza sifarişi

Habelə İsraillə 12 günlük müharibənin gedişindən danışan Xətibzadə qeyd edib ki, toqquşmanın əvvəlində İran generallarının öldürülməsi səbəbindən ölkədə təhlükəsizlik problemi yaranıb, lakin qısa müddət sonra vəziyyətə nəzarət bərpa edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!