“İsraillə uzunmüddətli müharibəyə hazırıq” – İran rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“İsraillə uzunmüddətli müharibəyə hazırıq” – İran rəsmisi

Dünya

16 İyun 2025 10:42 299


"İsrail rejimi ilə uzunmüddətli müharibəyə hazırıq".

Yenisabah.az “Russia Today”-yə istinadla xəbər verir ki, bunu İranın anonim qalmaq istəmiş təhlükəsizlik rəsmisi bildirib.

O bildirib ki, İran sionist rejimlə (İsrail - red.) uzunmüddətli müharibəyə hazırdır və potensial hədəfləri izləyir: "Tehran İsrailin hərbi hücumları ilə qəti şəkildə mübarizə aparmağa hazırlaşır və rejimin döyüş maşınını sıradan çıxarmaq niyyətindədir". pizza sifarişi

Rəsmi ölkənin İsraillə qarşıdurmada qərarlı olduğunu vurğulayıb: "İran uzunmüddətli müharibəyə hazırdır. İran hədəflərinin geniş siyahısı var. Bunlara İsrail liderlərinin məxfi iqamətgahları, enerji obyektləri, hərbi təyyarələri təchiz edən fabriklər, mühüm komandanlıq və nəzarət infrastrukturu daxildir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!