İsrailli nazirdən etiraf: Haniyəni biz öldürmüşük

saytların hazırlanması

Evə çatdırılma

İsrailli nazirdən etiraf: Haniyəni biz öldürmüşük

Dünya

24 Dekabr 2024 15:23 297


HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin bu ilin iyulunda Tehranda öldürülməsinin arxasında İsrail hakimiyyəti dayanır.

Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz ilk dəfə etiraf edib.

Nazirin sözlərinə görə, İsrail hakimiyyəti “husilərin infrastrukturunu vuracaq və onların rəhbərliyinin başını kəsəcək”. Sezar pizza

Katz bildirib: “Tehranda, Qəzzada və Livanda [İsmail] Haniyə, [Yəhya] Sinvar və [Həsən] Nəsrullaha etdiyimizi Hudeydə və Sənada da edəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!