İsraillilərin təxminən 46%-i “Hizbullah”la saziş tərəfdarıdır

saytların hazırlanması

Evə çatdırılma

İsraillilərin təxminən 46%-i “Hizbullah”la saziş tərəfdarıdır

Dünya

10 Noyabr 2024 17:50 1123


İsrail Demokratiya İnstitutunun "İsraeli Voice Index" hesabatına görə,  İsrail ictimai rəyi dərin şəkildə bölünüb.

Yenisabah.az “Times of Israel”ə istinadla xəbər verir ki, israillilərin 46,5%-i İsrailin Hizbullah ilə diplomatik razılaşma əldə etməli olduğuna inanır, İsrailin şimalını gündəlik raket hücumlarına son qoymaq üçün hərəkatla mübarizəni davam etdirməli olduğuna inananlar 46% təşkil edir.

Respondentlərin daha 7,5%-i düzgün yanaşmanın nə olduğunu bilmir. 54% şimalda döyüşlərin davam etdirilməsini, 38% isə diplomatik razılaşmanın tərəfdarıdır. Ərəb israillilər arasında respondentlərin yalnız 6,5%-i döyüşlərin davam etdirilməsini dəstəkləyir, 88%-i diplomatiya yolu ilə atəşkəsə nail olmağa üstünlük verir. pizza

Qəzzaya dair yəhudi israillilərin 62,5%-i və ərəb israillilərin 21%-i HƏMAS lideri Yəhya Sinvarın öldürülməsinin İsraili HƏMAS-ı devirmək məqsədinə yaxınlaşdırdığına inanır. Respondentlərin 43,5%-i İsrailin İranın hərbi obyektlərinə cərrahi zərbələr endirməsinin İranın oktyabrın 1-də həyata keçirdiyi iri ballistik raket hücumuna çox zəif cavab olduğuna inanır.

Rəyi soruşulanların 41%-i reaksiyanın kifayət qədər güclü olduğunu və yalnız 3,5%-i bunun çox güclü olduğunu düşünür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!