Koronavirus infeksiyasının yayılması dünyada xeyriyyəçilik ənənələrini yenidən dirçəldib.
Yenisabah.az xəbər verir ki, sadə insanların qeydinə qalanların arasında tanınmış şəxslərlə yanaşı, dolanışığını güclə təmin edən adamlar da var.
İstanbulun Kadıköy bölgəsində Vedat Yılmaz adlı şəxs iş yerini itirən adamlara bir ay pulsuz çörək verməyi öz öhdəsinə götürüb. Kadıköydə çörəkbişirmə sexi işlədən Yılmaz “bir-birimizə dəstək olmaq vaxtıdır. Kafe və restoranlar fəaliyyətini bərpa edənə kimi orda çalışan adamların hamısına pulsuz çörək verəcəyəm” deyib. Marqarita pizza
Telegram kanalımız