İşsizlərə şad xəbər: Xidmətdən pulsuz istifadə edəcəklər

saytların hazırlanması

Evə çatdırılma

İşsizlərə şad xəbər: Xidmətdən pulsuz istifadə edəcəklər

Sosial

20 Noyabr 2025 12:08 2134


Milli Məclisdə icbari tibbi sığorta ilə bağlı qanuna dəyişikliklər qəbul edilib.

“Yeni Sabah” xəbər verir ki, yeni qaydalara əsasən, rəsmi əmək müqaviləsi olmadan işləyən və gəlir əldə edən şəxslər aylıq təxminən 16 manat məbləğində sığorta haqqı ödəməlidirlər. Bu ödənişi gecikdirən şəxslərə isə 10 faiz əlavə cərimə tətbiq olunacaq.

Dəyişikliklər yalnız qeyri-formal məşğulluqla məşğul olan şəxslərə aid edilir. Kənd təsərrüfatı sahəsində çalışan, ustalıq edən, fərdi xidmət göstərən, lakin fəaliyyətini rəsmi şəkildə rəsmiləşdirməyən şəxslər bu kateqoriyaya daxil edilir. Sezar pizza

Ən önəmlisi isə odur ki, rəsmi olaraq işsiz kimi qeydiyyatda olan və sosial yardım alan şəxslərin icbari tibbi sığorta haqqını, əvvəlki kimi, dövlət ödəyəcək. Bu şəxslərin heç bir ödəniş etməsinə ehtiyac olmayacaq.

Yeni mexanizmin məqsədi tibbi xidmətlərə bərabər çıxışı təmin etmək və qeyri-rəsmi məşğulluğun qarşısını almaqdır.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!