İstanbul-Bakı reysində nasazlıq - Sərnişinlər təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

İstanbul-Bakı reysində nasazlıq - Sərnişinlər təxliyə edildi

Hadisə

14 Yanvar 2021 09:17 905


Yanvarın 14-də saat 7:25-də Türkiyənin İstanbul şəhərindən Bakıya uçmağa hazırlaşan sərnişin təyyarəsi nasazlıq səbəbindən havaya qalxa bilməyib.

Yenisabah.az bildirir ki, bu haqda Modern.az saytına həmin reysin sərnişinləri məlumat veriblər.

Bildirilib ki, təyyarədə nasazlıq aşkarlandığı barədə sərnişinlərə bilgi veriləndən sonra hava gəmisi boşaldılıb. pizza mizza

Sərnişinlər hazırda İstanbul hava limanında gözləyirlər. Onlara başqa təyyarə ayrılacağı bildirilib.

Qeyd edək ki, sərnişinlərin təxliyə olunduğu təyyarə “Türk Hava Yolları”na məxsus olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!