İstanbul derbisini “Qalatasaray” qazandı

saytların hazırlanması

Evə çatdırılma

İstanbul derbisini “Qalatasaray” qazandı

İdman

21 Oktyabr 2023 22:47 677


Türkiyə Superliqasında 9-cu turda İstanbul derbisi reallaşıb.

Yenisabah.az xəbər verir ki, "Qalatasaray" "Beşiktaş"ı qəbul edib.

Matçda hesabı meydan sahibləri açıb. Mauro İkardi 26-cı dəqiqədə fərqlənib. 30-cu dəqiqədə "Beşiktaş"ın qapıçısı cərimə meydançasından kənarda topa əl ilə toxunduğundan komandasını azlıqda buraxıb. Birinci hissə bu hesabla başa çatıb. Marqarita pizza

İkinci hissədə isə azlıqda qalan "Beşiktaş" hesabı bərabərləşdirə bilsə də, İkardi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra xalını 25-ə çatdıran (9 oyun) "Qalatasaray" turnir cədvəlində lierliyə yüksəlib. 24 xalla (8 oyun) 2-ci yeri düşən "Fənərbaxça" sabah "Hatayspor"a qalib gəlsə, yenidən lider olacaq. "Beşiktaş" 16 xalla 4-cüdür.

"Qalatasaray" - "Beşiktaş" - 2:1

Qollar: İkardi, 26, 82-pen. - Çemberleyn, 69 

Qırmızı vərəqə: Günok, 30 ("Beşiktaş")

Bu nəticədən sonra xalını 25-ə çatdıran (9 oyun) "Qalatasaray" turnir cədvəlində lierliyə yüksəlib. 24 xalla (8 oyun) 2-ci yeri düşən "Fənərbaxça" sabah "Hatayspor"a qalib gəlsə, yenidən lider olacaq. "Beşiktaş" 16 xalla 4-cüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!