İstanbul nəhəngi seçim qarşısında: “Borussiya”nın məşqçisi yoxsa Qurban Qurbanov?

saytların hazırlanması

Evə çatdırılma

İstanbul nəhəngi seçim qarşısında: “Borussiya”nın məşqçisi yoxsa Qurban Qurbanov?

İdman

06 Aprel 2024 14:40 1433


“Beşiktaş”ın baş məşqçisi Fernando Santosun klubda gələcəyi sual altına düşüb. Son dörd oyunda üç məğlubiyyət, bir heç-heçə edən “qara qartal” həm azarkeşləri, həm də rəhbərliyi hiddətləndirib.

Santos bura layihə üçün gəldiyini, “Beşiktaş”ın növbəti mövsümünü planlaşdırdığını desə də, hazırda rəhbərliyin ona olan güvəni tamamilə azalıb. Mövsümün sonunda portuqaliyalı məşqçiyə əvəzləyici axtarışına başlanılıb. Klub Fernando Santosla ən geci mayda yollarını ayıracaq.

Beşiktaşda Fernando Santosun yerinə baş məşqçi postuna iki namizəd önə çıxır. Bunlardan birincisi Bundesliqa təmsilçisi “Borussia Dortmund”un məşqçisi və mövsümün sonunda Almaniya komandasını tərk edəcəyi gözlənilən Edin Terziçdir. Pepperoni pizza

Namizədlərdən digəri isə “Qarabağ”da və Azərbaycan futbolunda iz qoyan, Avropada adından söz etdirən 51 yaşlı azərbaycanlı məşqçi Qurban Qurbanovdur./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!