İstanbulda Avropanın ən sürətli metro xətti istifadəyə verildi

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda Avropanın ən sürətli metro xətti istifadəyə verildi

Maraqlı

22 Yanvar 2023 17:32 852


Türkiyənin İstanbul şəhərində Avropanın ən sürətli metro xətti istifadəyə verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Qatarlar yeni xətt üzrə 90-120 km/saat sürətlə hərəkət edəcək. 34 kilometrlik xəttin çəkildiyi Kağıthane stansiyasından İstanbul hava limanına gediş müddəti təxminən 24 dəqiqə çəkəcək. Yeni stansiyaların ona qoşulması ilə xəttin ümumi uzunluğu 69 km olacaq. Toyuqlu pizza

Gələcəkdə yeni metro xətti yüksək sürətli dəmir yolu xətti ilə birləşdiriləcək.

Yeni metro xəttinin istifadəyə verilməsi mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun gündə 800 min sərnişin daşımaq üçün nəzərdə tutulduğunu qeyd edib. O, bir ay ərzində yeni metro xətti ilə gediş-gəlişin pulsuz olacağını da bildirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!