İstanbulda azərbaycanlı model sevgilisi tərəfindən işgəncələrə məruz qaldı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda azərbaycanlı model sevgilisi tərəfindən işgəncələrə məruz qaldı - VİDEO

Kriminal

19 Noyabr 2020 09:16 1535


İstanbulda azərbaycanlı model V.N. fələstinli sevgilisi Muhammed K. tərəfindən işgəncələrə məruz qalıb.  Bununla bağlı “Sabah” qəzetinə model özü açıqlama verib. 

Onun sözlərinə görə, döyülmələr sevgilisindən hamilə qaldığını bildikdən sonra başlayıb. Qadın hamilə olduğunu və onunla evlənmək istədiyini sevgilisinə deyib. Bundan sonra fələstinli iş adamı onu döyüb. 

Bundan şübhələnən qadın araşdırma aparıb, məlum olub ki, sevgilisi evlidir və ondan ayrılmaq qərarına gəlib. Bu zaman da biznesmen onu döyüb.  Dördpendirli pizza

“Məni davamlı döyürdü. Hamilə olanda da döymüşdü. Qucağımda uşaq olanda döyürdü”, - deyə qadın bildirib. 

Azərbaycanlı model döyülməsinin əks olunduğu görüntüləri də təqdim edib. Görüntülərdə fələstinli iş adamının qadını necə döyməsi aydın görünür. 

Qadın məsələ ilə bağlı prokurorluğa müraciət etdiyini bildirib. /Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!