Türkiyənin İstanbul şəhərində oğurluqla məşğul olan 3 azərbaycanlı saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə Beşiktaşdakı bir ticarət mərkəzinin yeməkxana bölümündə yaşanıb.
Yerli mətbuatın yazdığına görə, oğrulardan biri yemək sifariş verməyə gedən qadının çantasını götürərək aradan çıxıb. Həmin anlar isə kameraya düşüb. Hadisədən xəbər tutan həmin xanım isə polisə məlumat verib. Toyuqlu pizza
Hüquq mühafizə orqanları isə ticarət mərkəzinə 3 nəfərlik qrupla gələn həmin azərbaycanlıları plan quraraq tutub. Belə ki, təhlükəsizlik kameralarından onların mindiyi avtomobilin nömrəsini götürən polis qəza baş verməsi adı ilə həmin şəxsləri çağırıb. Polis tərəfindən aldandıqlarını anlamayan azərbaycanlılar isə hadisə yerinə gəldikdə saxlanılıblar. Onların kimilyi açıqlanmayıb.

Telegram kanalımız