İstanbulun Tuzla rayonunda fabrikdə dəhşətli yanğın olub.
Yenisabah.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, fabrikin bağçasında kimyəvi maddələr olan paletlərdə naməlum səbəbdən yanğın başlayıb. pizza
Hadisə yerinə Tuzla və Kocaeli xilasetmə qrupları cəlb edilib. Yanğın səbəbindən yüksələn qara tüstü ətraf rayonlardan da görünüb.
Yanğınsöndürənlər partlayışlar olan yanğına müdaxilə edərək, yanğını söndürə biliblər.
Telegram kanalımız