İstanbulda İŞİD-ə qarşı əməliyyat: 6 nəfər həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda İŞİD-ə qarşı əməliyyat: 6 nəfər həbs edildi

Dünya

13 Yanvar 2025 21:04 211


Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib, 6 nəfər həbs edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aparılan istintaq çərçivəsində İŞİD-ə ötürmək üçün pul topladığı müəyyən edilən şübhəli şəxslər tutulublar. pizza hut

“İstanbulda yaşayan 8 şübhəli şəxsin topladıqları pulları terror təşkilatına ötürülməsi üçün Adanadakı Ramazan Ç. adlı şübhəliyə çatdırdıqları müəyyən edilib. Təhlükəsizlik qüvvələri əməliyyat zamanı 7 şübhəli şəxsi saxlayıb. Polis idarəsindəki prosedurlardan sonra məhkəməyə göndərilən şübhəlilərdən 6-sı həbs edilib, 1-i sərbəst buraxılıb”, - məlumatda vurğulanıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!