Türkiyənin Səhiyyə naziri Fahrettin Koca şənbə günü İstanbulun İstiqlal küçəsində noyabrın 13-də törədilən terror aktından sonra 71 nəfərin xəstəxanalardan buraxıldığını, 10 nəfərin isə müalicəsinin davam etdiyini bildirib.
Yenisabah.az xəbər verir ki, bu barədə nazir “Twitter”də yazıb:
“İstiklal küçəsində baş verən partlayışda xəsarət alan 81 nəfərdən bu günə qədər 71 nəfər müalicə olunduqdan sonra xəstəxanalardan evə buraxılıb. 8 nəfərin müalicəsi terapiya palatalarında davam edir. İki xəstə isə reanimasiyadadır".
Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.
Telegram kanalımız