İstanbuldakı terrorun ANBAAN GÖRÜNTÜLƏRİ   - Yeni video

saytların hazırlanması

Evə çatdırılma

İstanbuldakı terrorun ANBAAN GÖRÜNTÜLƏRİ - Yeni video

Maraqlı

16 Noyabr 2022 12:09 1143


Noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin Taksim meydanında terror törədən qadının yeni görüntüləri yayılıb. 

“Reoprt” “TRT Haber”ə istinadən xəbər verir ki, görüntülərdə terrorçu Ahlam Albashırın Taksim meydanına gəlməyi və bombanı yerləşdirdikdən sonra hadisə yerindən uzaqlaşdığı əks olunub.

Təhlükəsizlik kameralarına düşən görüntülərdən terrorçunun çiynində çanta, əlində isə paket olub. pizza hut

Çadıra ilə üznü gizlətməyə çalışan terrorçu yerli saatla 15:29-da kafenin qarşısında görünüb. Sonra isə yaxınlıqdakı oturacaqların birində əyləşib.

Hadisə noyabrın 13-də yerli vaxtla saat 16:14-də baş verib. Partlayışdan dərhal sonra qadın qaçmağa başlayıb.

Terrorçunun saat 16:17-də bir hotelin qarşısından keçdiyi də təhlükəsizlik kameralarına düşüb.

Qeyd edək ki, terror hadisəsi nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Türkiyənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terror aktını törədən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!