Istanbullular şokda: “Fənərbaxça” öz meydanında uduzdu

saytların hazırlanması

Evə çatdırılma

Istanbullular şokda: “Fənərbaxça” öz meydanında uduzdu

İdman

08 Noyabr 2020 10:15 950


Türkiyə Super Liqasında VIII tur davam edir.

Yenisabah.az xəbər verir ki, turun ikinci günündə 4 oyun keçirilib.

Turnir cədvəlinin ilk yarısında qərarlaşan “Kasımpaşa” və “Antalyaspor”un qarşılaşmasında 4 qol vurulsa da, qalib müəyyənləşməyib. Turnir cədvəlinin ortalarında qonşu olan “Göztəpə” və “Ərzurum BB”nin duelində də heç-heçə qeydə alınıb. Dördpendirli pizza

Uğursuz mövsüm keçirən “Trabzonspor” liderlərdən biri olan “Alanyaspor”dan bir xal alıb. Bu matçda hər iki qola alanyalıların futbolçusu Stevan Kaulker imza atıb. O, öncə rəqib, sonra öz qapısına qol vurub.

Lakin bu heç-heçə “Alanyaspor”un zirvəni ələ keçirməsi üçün yetərli olub. Çünki tura lider kimi başlayan “Fənərbaxça” xalsız qalıb. İstanbullular evdə “Konyaspor”a uduzub.

7 noyabr

“Kasımpaşa” – “Antalyaspor” – 2:2

Koyta, 8, Hodziç, 65 – Sarı, 72, Sam, 90

“Alanyaspor” – “Trabzonspor” – 1:1

Kaulker, 49 – Kaulker, 59 (avtoqol)

“Ərzurum BB” – “Göztəpə” – 1:1

Novikovas, 67 (pen.) - Ndiaye, 13

“Fənərbaxça” – “Konyaspor” – 0:2

Yevtoviç, 67, Kravets, 77


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!