“İstedadsız, tamahkar adamlar üçün jurnalistika sürətlə qazanc mənbəyinə çevrilir“

saytların hazırlanması

Evə çatdırılma

“İstedadsız, tamahkar adamlar üçün jurnalistika sürətlə qazanc mənbəyinə çevrilir“

Maraqlı

01 İyun 2022 15:12 1112


“Azərbaycan söz və mətbuat azadlığının təmin olunduğu ölkələrdəndir. Respublikamızda ifadə azadlığı ən müxtəlif formatlarda təzahür edir. Sözsüz ki, bu platformalardan biri də “YouTube”dur. Ölkədə “YouTube” kanallarının, ayrı-ayrı “youtuber”lərin normal fəaliyyət göstərməsi üçün münbit şərait var”. 

Bu sözləri SİA-ya açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda senzura 24 il əvvəl ləğv olunub: "Senzuranın ləğvi peşəkar jurnalistlərin məsuliyyətini artırsa da, qeyri-peşəkarların, reket fəaliyyətinə həvəs göstərənlərin əl-qolunu açıb. Biz bu mənfi tendensiyanı həm çap mətbuatının parlaq dövründə, həm də indi müşahidə edirik. İstedadsız, tamahkar adamlar üçün jurnalistika sürətlə qazanc mənbəyinə çevrilir. Bu qəbildən olan insanlar son vaxtlar “YouTube” kanallarında da boy göstərməyə başlayıblar. Söz vəzifəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, ayrı-ayrı insanların linç edilməsi üçün vasitə ola bilməz. Sözü qəmbər daşı kimi rəqibin başına çırpmaq olmaz. Hər bir tənqidi fikir sağlam arqumentlərlə əsaslandırılmalıdır. Hesab edirəm ki, ən müxtəlif platformalarda, o cümlədən “YouTube” kanallarında sözdən reketlik məqsədilə istifadə edən adamlar cəzalandırılmalıdır”.  Pepperoni pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!