İstənilən təxribatın qarşısı alınacaq - Müdafiə Nazirliyi

saytların hazırlanması

Evə çatdırılma

İstənilən təxribatın qarşısı alınacaq - Müdafiə Nazirliyi

Maraqlı

18 Avqust 2022 12:56 1092


Hərbi Hava Qüvvələrinin Hava hücumundan müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür. 

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Yüksək döyüş hazırlığının nəticəsidir ki, hava hücumundan müdafiə bölmələrinin sayıqlığı sayəsində avqustun 13-ü Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter aşkar edilib və xüsusi üsulla endirilərək ələ keçirilib. Dominos pizza

Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində döyüş növbətçiliyi aparan Ordumuzun şəxsi heyəti istənilən təxribatın qarşısını almağa hazırdır", - deyə məlumatda qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!