“İstərdim ki, radikal müxalifət bu adı üzərindən götürsün“ -   Əli Əhmədov

saytların hazırlanması

Evə çatdırılma

“İstərdim ki, radikal müxalifət bu adı üzərindən götürsün“ - Əli Əhmədov

Siyasət

16 May 2019 14:27 1130


“Xalq radikal müxalifəti xalq tərbiyəli etməlidir. Çünki onlar xalqdan səs gözləyirlər”.

"Yeni Sabah"ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, xalq səsini kimə vermək lazım olduğunu hamıdan yaxşı bilir: Dördpendirli pizza

“Mən istərdim ki, radikal müxalifət "Radikal müxalifət" adını öz üzərindən götürsün. Dünyanın hər yerində radikallıqdan həm cəmiyyət, həm xalq, həm də dövlət həmişə ziyan çəkib. Mən istəməzdim ki, Azərbaycanın müxalifətinin hansısa bir hissəsi radikalçı olsun, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi müxalifət dairələri bununla səhvə yol verir”.

Ə.Əhmədov vurğulayıb ki, radikallıq böyük bir nöqsandır: “Bunun aradan qaldırılması Azərbaycan xalqının və vətəndaşlarının üzərinə düşən vəzifədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!