“İstəyirik ki, baş verən xoşagəlməz hallar...” – MSK sədri

saytların hazırlanması

Evə çatdırılma

“İstəyirik ki, baş verən xoşagəlməz hallar...” – MSK sədri

Siyasət

23 Dekabr 2019 05:58 870


"Biz bütün imkanlardan istifadə edirik ki, xoşagəlməz hallar baş verərsə, onlar namizədlərin xeyrinə həll olunsun”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin açıq elan edilməsi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib

"Gün ərzində bölgələrlə əlaqə saxlayacağıq. Hər hansısa xoşagəlməz hal yaşanarsa, bizə müraciət daxil olarsa, biz qanuna müvafiq qaydada addımlar atacağıq. İndiyə qədər nə qeydiyyatla bağlı, nə də sonrakı proseslərdə Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayb. Ancaq "qaynar xətt" vasitəsilə müraciətlər daxil olub. Onlar da texniki xarakter daşıyır. Ona görə də gün ərzində Azərbaycanda keçirilən seçkiləri izləmək üçün dünyanın bütün nöqtəsindən istənilən şəxsin heç bir akkreditasiyadan keçmədən onlayn şəkildə sayta daxil olaraq seçki prosesini müşahidə edə bilər”, - deyə M.Pənahov əlavə edib. pizza sifarişi

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!