İstidən 2 nəfər öldü: açıq havada işləmək qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

İstidən 2 nəfər öldü: açıq havada işləmək qadağan edildi

Maraqlı

10 İyul 2023 17:54 1210


Çinin Hebey bölgəsində açıq havada işlər tamamilə dayandırılıb. Anomal istilərə görə bölgədə “qırmızı xəbərdarlıq” elan edilib. 

Bakupost.az xəbər verir ki, ölkənin əksər bölgələrində son günlər həddindən artıq istilər müşahidə olunur. Hətta bu səbəbdən ölüm halları baş verib.

Hebey bölgəsində işəgötürənlərin işçiləri açıq havada işlətməsinə icazə verilmir. Səlahiyyətlilər xalqı qorumaq üçün lazımi tədbirlər görülməli olduğunu bildiriblər. Marqarita pizza

Ölkənin şimalında isə həddən artıq istilərlə əlaqədar ikinci dərəcəli “narıncı xəbərdarlıq” elan edilib.

Bu halda işəgötürənlər açıq havada işləri mümkün qədər məhdudlaşdırmalıdır. Lakin kuryerlər, restoranlar və pərakəndə satıcılar işləməyə davam edir.

İyulun 6-da Çinin paytaxtı Pekində də qırmızı həyəcan siqnalı verilib və işçilərdən açıq yerlərdə işlərini dayandırmaq tələb edilib.

Pekində havanın temperaturu 40 dərəcədən yuxarı olub, iki nəfər istidən ölüb.

Bəzi vətəndaşlar istidən qorunmaq üçün yeraltı sığınacaqlara köçüb.

Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, həddindən artıq istilər çəltik təsərrüfatlarına təsir göstərə bilər. Onlar bildirib ki, məhsulun vaxtından əvvəl yetişməsinin qarşısını almaq üçün əkin sahələri suvarılmalıdır.

Ölkənin şimalında həddindən artıq istilər və quraqlıq yaşanarkən, cənubda sel fəlakətləri ilə mübarizə aparılır.

Axtarış-xilasetmə qrupları Hubey əyalətində torpaq sürüşməsi nəticəsində tikinti sahəsində itən 7 nəfərin axtarışlarını davam etdirir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!