İstifadəyə yararsız 600 kiloqram toyuq əti dövriyyədən çıxarılıb

saytların hazırlanması

Evə çatdırılma

İstifadəyə yararsız 600 kiloqram toyuq əti dövriyyədən çıxarılıb

Sosial

13 İyun 2025 13:56 276


Baş Dövlət Yol Polisi İdarəsinin Saray qəsəbəsində yerləşən stasionar postunda Mercedes" markalı avtomobilin saxlanılması zamanı aparılan yoxlama nəticəsində yük yerində təxminən 600 kiloqram toyuq əti aşkarlanıb.

Bu barədə Yenisabah.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, qida məhsullarının daşınması zamanı sanitar-gigiyenik normalara və hüquqi tələblərə əməl olunması insanların sağlamlığı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sahədə baş verən pozuntular ciddi nəticələrə səbəb ola bilər. Pepperoni pizza

Baş Dövlət Yol Polisi İdarəsinin Saray qəsəbəsində yerləşən stasionar postunda xidmət aparan YPX əməkdaşları tərəfindən "Mercedes" markalı avtomobilin saxlanılması zamanı aparılan yoxlama nəticəsində yük yerində təxminən 600 kiloqram toyuq əti aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, məhsulun müşayiətedici sənədləri yoxdur, eləcə də qablaşdırma, daşınma və saxlanma qaydaları kobud şəkildə pozulub. Bu isə məhsulun istifadəyə yararlılığına əsaslı şübhə yaradıb.

Aşkarlanmış məhsul Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib, faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşların həyat və sağlamlığını təhlükəyə atan halların qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!