İstilər geri qayıdır: Sabah...

saytların hazırlanması

Evə çatdırılma

İstilər geri qayıdır: Sabah...

Sosial

27 Avqust 2025 12:32 27017


Azərbaycanda avqustun 28-də 39 dərəcə isti olacağı gözlənilir.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. pizza hut

Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər Lənkəran-Astara zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Tale
    Salam metro koroqluda olan özbaşınalıq haçan sona qoyulacaq ?
    9 months ago