İstintaq Sarkisyanın Baden-Badendə kazinoda 100 milyon dollar uduzması barədə iddianı araşdırır

saytların hazırlanması

Evə çatdırılma

İstintaq Sarkisyanın Baden-Badendə kazinoda 100 milyon dollar uduzması barədə iddianı araşdırır

Rəsmi

08 Oktyabr 2021 19:37 1112


Ermənistan Baş Prokurorluğu üçüncü prezident Serj Sarkisyanın Baden-Baden şəhərinə səfəri zamanı baş vermiş cinayət haqqında məlumat alıb.

Yenisabah.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğu məsələni araşdırmaq üçün artıq Xüsusi İstintaq Xidmətinə göndərib.Qeyd olunur ki, Baş Prokuroruluq bu barədə məlumatların araşdırılması üçün daha əvvəl polisə müraciət etsə də, cavab almayıb.

Ermənistan parlamentinin avqustun 25-dəki iclasında “Vətəndaş müqaviləsi” partiyasından deputat Xaçatur Sukiasyan üçüncü prezident Serj Sarkisyanın prezident olan vaxt Baden-Badendəki kazinolarda 100 milyon dollar uduzduğunu deyib. Dördpendirli pizza

Bundan sonra S.Sarkisyan deputatla bağlı məhkəməyə müraciət edib.

Ermənistanın üçüncü prezidenti Baden-Badenə səfərini danmasa da, kazinolara baş çəkmədiyini qeyd edib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!