İstintaq təcridxanasına narkotik keçirmək istədilər

saytların hazırlanması

Evə çatdırılma

İstintaq təcridxanasına narkotik keçirmək istədilər

Kriminal

19 Aprel 2019 18:12 877


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Yeni Sabah"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən həbs edilmiş Rzayev Rəşad Abasağa oğlu müəssisəyə qəbul olunarkən üzərinə və əşyalarına baxış keçirilən zaman idman çantasının içərisində olan şalvarın cibində xüsusi üsulla gizlədilmiş bükülüldə 2,228 qram narkotik maddə - “heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!