İstirahət günləri yollarda 6 nəfər ölüb

saytların hazırlanması

Evə çatdırılma

İstirahət günləri yollarda 6 nəfər ölüb

Hadisə

30 Avqust 2021 14:36 924


Respublikanın daxili işlər orqanları ötən həftəsonu törədilən 78 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər, həmçinin mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Pepperoni pizza

Respublikanın avtomobil yollarında  6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb 1 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 55 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!