İstirahət günlərində   32 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

İstirahət günlərində 32 dərəcə isti olacaq

Sosial

05 İyul 2019 15:54 1214


Paytaxtda yaxın iki gün ərzində küləkli hava şəraiti müşahidə olunacaq. 

“Yeni Sabah” bildirir ki, hava yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında arabir yağış yağacağı, iyulun 8-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb  küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!