İstirahət günlərində 38 dərəcə isti gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

İstirahət günlərində 38 dərəcə isti gözlənilir

Sosial

10 Avqust 2019 07:43 1047


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) istirahət günlərində gözlənilən hava şəraitini açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin avqustun 11-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şimal-şərq küləyi avqustun 11-də arabir güclənəcək. Havanın maksimal temperaturu 30-34 dərəcə isti təşkil edəcək. Toyuqlu pizza

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi avqustun 11-də arabir güclənəcək, avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi avqustun 11-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 27-30, bəzi yerlərdə 34 dərəcə isti təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!