İstirahət günlərində Bakıya qar yağacaq

saytların hazırlanması

Evə çatdırılma

İstirahət günlərində Bakıya qar yağacaq

Sosial

07 Fevral 2020 13:41 1023


İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda arabir qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Lənkəran-Astara bölgəsində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq, şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Marqarita pizza

Qazax-Gəncə zonasında arabir yağış yağacağı, yağan yağışın fevralın 9-da sulu qara, qara keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 2-7dərəcə isti təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Paytaxtda isə fevralın 8-də gözlənilən yağıntı fevralın 9-da sulu qara, qara keçəcək. Mülayim şimal-qərb küləyi fevralın 8-i axşam və 9-da güclü olacaq. Havanın temperaturu fevralın 8-də gecə 4-7, gündüz 8-11, fevralın 9-da gecə və gündüz 1-3 dərəcə isti təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!