İstirahət günlərində hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

İstirahət günlərində hava necə olacaq?

Sosial

13 Mart 2020 17:41 565


İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq. Sezar pizza

Lənkəran-Astara zonasında martın 14-də gecə və səhər, 15-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 4-6, gündüz 10-15 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında bəzi yerlərdə yağış yağacağı, martın 15-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, martın 14-də arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.

Mərkəzi aran rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin martın 14-də bəzi qərb rayonlarında yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, martın 14-də arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.

Naxçıvan MR-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, martın 14-də arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək, martın 15-də şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9, gündüz 14-17 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!