İstirahət zonasında ölümcül oyun - Sürücülərə sərt cəza

saytların hazırlanması

Evə çatdırılma

İstirahət zonasında ölümcül oyun - Sürücülərə sərt cəza

Sosial

02 Avqust 2025 12:37 337


Yay istirahəti mövsümündə bir çox çimərliklərdə təhlükəli anlar yaşanır. 

Yenisabah.az xəbər verir ki, çimərliklərdə avtoxuliqanlıq edən şəxslər insan həyatı üçün təhlükə saçır.

Məsələ ilə bağlı "Xəzər xəbər" araşdırmalar aparıb. Məlum olub ki, polis reydlərindən sonra bəzi ərazilərdə avtoxuliqanlığın qarşısı alınıb. Pepperoni pizza

"Bəzi sürücülər nəqliyyat vasitələri ilə insanların dicəldiyi sahələrə daxil olurlar. Bu da insanların həyat və sağlamlığını risqə atır. Polis əməkdaşlarının keçirdiyi reydlər nəticəsində bəzi ərazilərdə bu halların qarşısı alınıb".

Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, həmin şəxslər haqqında araşdırmalar aparılır və məsuliyyətə cəlb olunurlar. 

Qeyd edək ki, avtoxuliqanlıq edən sürücülərin nəqliyyat vasitəsini idarəetmə hüququ bir il müddətinə kimi məhdudlaşdırılmaqla, 500 manatdan 750 manata qədər cərimələnirlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!