İstirahətə gedən kişinin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

İstirahətə gedən kişinin meyiti tapıldı

Hadisə

29 Avqust 2024 20:20 625


Oğuz rayonunda çaydan kişi meyiti tapılıb.

"Report"un məlumatına görə, hadisə Əlicançay çayında qeydə alınıb.

Belə ki, Oğuz rayon sakini, 1971-ci il təvəllüdlü Teymur Əmrah oğlu Budaqov istirahət etmək məqsədilə çay sahilə gedib. Dördpendirli pizza

O, çay kənarında yemək yeyib, spirtli içki qəbul etdikdən sonra sərinləmək üçün çayda çimmək qərarına gəlib. 53 yaşlı Budaqov spirtli içkinin təsiri altında çayda çimərkən boğularaq ölüb.

Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!