İstirahətə gedən şəxs faciəli şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

İstirahətə gedən şəxs faciəli şəkildə öldü

Hadisə

10 İyul 2024 20:15 853


Mingəçevir su anbarında çimən şəxs boğulub.

Oxu.Az-ın məlumatına görə, öz ailəsi ilə birgə istirahətə gedən Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Ramiz Kazımov su anbarında çimərkən boğularaq dünyasını dəyişib.

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Ölənin şəxsiyyəti dəqiqləşdirilir. pizza sifarişi

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!