İstixanada narkotik əkib-becərən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İstixanada narkotik əkib-becərən şəxs saxlanıldı

Kriminal

31 İyul 2020 15:02 724


Xəzər  Rayon Polis İdarəsi əməkdaşlarının “Xaş-Xaş 2020” tədbirlər planına əasasən həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Türkan qəsəbəsi sakini Yavər Ağayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, ona məxsus qəsəbə ərazisindəki evin həyətyanı sahəsindəki istixanaya baxış zamanı kultivasiya yolu ilə yetişdirilən yaş halda 725 ədəd çətənə kolu, yaşadığı evdən isə 8 kisə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Yavər Ağayev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib. pizza sifarişi

Faktla bağlı Xəzər  Rayon Polis İdarəsinin İstintaq Şöbəsində  Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.35 dollar daha konservativ və daha az riskli qiymətdir


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!