İsveç-Azərbaycan oyununda qadın hakim - Fransadan gəlir

İsveç-Azərbaycan oyununda qadın hakim - Fransadan gəlir

İdman Veb saytların hazırlanması

24 Mart 2023 13:58 702


İsveç və Azərbaycan milli komandaları arasında Solna şəhərində keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununun təyinatları bəlli olub. 

Yenisabah.az xəbər verir ki, qarşılaşma Fransadan olan qadın hakimə tapşırılıb. 

Referi Stefani Frappara həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Bastyen Deşepi yerinə yetirəcək. 

Qeyd edək ki, martın 27-də "Friends Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!