Millimiz bu gün Avro-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Yenisabah.az xəbər verir ki, yığmamız F qrupunda 2-ci turda İsveçin qonağı olub. Solna şəhərindəki "Frends Arena"da keçirilən görüş millimizin böyük hesablı məğlubiyyəti ilə nəticələnib. Meydan sahibləri yığma komandamızın qapısından 5 cavabsız top keçirib.
Qrupun digər matçında Avstriya Estoniyaya öz meydanında qalib gəlib - 2:1. pizza mizza
Qeyd edək ki, Azərbaycan bu turnirdə ilk turda Avstriyaya 1:4 hesabı ilə uduzub.
F qrupu
22:45. İsveç - Azərbaycan - 5:0
Qollar: Emil Forsberq, 38, Bəhlul Mustafazadə, 65-avtoqol, Viktor Dyekereş, 79, Yesper Karlsson, 88, Antoni Elanqa, 89
Telegram kanalımız