İsveç millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

İsveç millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

İdman

06 Noyabr 2024 17:25 895


İsveç yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin son iki turunda Slovakiya və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

Yenisabah.az xəbər verir ki, baş məşqçi Yon Dal Tomasson C liqasının I qrupu çərçivəsində noyabrın 16-da Slovakiya, 19-da isə Azərbaycan komandasına qarşı evdə baş tutacaq matçlara 23 futbolçu dəvət edib.

Qapıçılar: Viktor Yohansson (“Stok Siti”, İngiltərə), Kristoffer Nordfeldt (AIK), Yakob Videll Zetterström (“Derbi Kaunti”, İngiltərə); pizza mizza

Müdafiəçilər: Qabriel Qudmundsson (“Lill”, Fransa), İsak Hien (“Atalanta”, İtaliya), Emil Kraft (“Nyukasl”, İngiltərə), Viktor Nilsson Lindelöf (“Mançester Yunayted”, İngiltərə), Ken Sema (“Uotford”, İngiltərə), Erik Smit (“Sankt Pauli”, Almaniya), Karl Starfelt (“Selta”, İspaniya), Daniel Svensson (“Nordsyelland”, Danimarka);

Yarımmüdafiəçilər: Yasin Ayari (“Brayton”, İngiltərə), Lukas Berqvall (“Tottenhem”, İngilərə), Uqo Bolin (“Malmö”), Niklas Eliasson (AEK, Yunanıstan), Emil Forsberq (“Nyu York Red Bullz”, ABŞ), Yesper Karlström (“Udineze”, İtaliya), Uqo Larsson (“Ayntraxt”, Almaniya), Sebastian Nanasi (“Strasburq”, Fransa), Anton Saletros (AIK);

Hücumçular: Viktor Qyökereş (“Sportinq”, Portuqaliya), Alexander İsak (“Nyukasl”, İngiltərə), Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!