İsveç millisinin baş məşqçisi Yanne Andersson Avro-2024-ün seçmə mərhələsində Azərbaycana qalib gəldikləri 2-ci tur oyunu (5:0) haqda danışıb.
Yenisabah.az svt.se-yə istinadən xəbər verir ki, mütəxəssis qələbəyə görə məmnunluğunu ifadə edib:
"Özümə və komandama təşəkkür edirəm. Əlbəttə ki, belə bir nəticədən sonra, tənqidi qəbul etməyib, özümü müdafiə edəcəyəm". Marqarita pizza
Çalışdırıcı oyundan sonra “Viaplay TV”də keçmiş futbolçu Boyan Corciçlə mübahisə etməsinə də toxunub. Boyan Azərbaycanla görüşdə komandasının 4-cü qolunu vuran Yesper Karlssonun niyə az oyun şansı aldığı barədə suallar verib. Bu da Anderssonu qəzəbləndirib. O, Corciçlə mübahisə edib. Mütəxəssis sakitləşdikdən sonra həmin mübahisə haqda deyib: "Orada 3 ekspert var və mən oyun haqda düşündüklərimi izah etməliyəm. Bu, çox çətin vəziyyətdir. Mən də hissləri olan adi bir insanam. 5:0 hesabı ilə qalib gələndə bir az sevinmək olardı. Qəzəbləndim, etiraf edirəm. Tənqidləri eşidirik, kar deyilik. Hamımız istəyirik ki, İsveç üçün işlər yaxşı getsin. Amma kənardan danışmaq çox asandır".
Telegram kanalımız