İsveç xəstəxanasından qalmaqallı qərar: “Yaşlı xəstələr...”

saytların hazırlanması

Evə çatdırılma

İsveç xəstəxanasından qalmaqallı qərar: “Yaşlı xəstələr...”

Dünya

10 Aprel 2020 00:41 795


İsveçdə yerləşən Karolinska Universitetinin xəstəxanasında həkimlərə koronavirusa yoluxmuş 80 yaşdan yuxarı xəstələri intensiv terapiya şöbəsinə qəbul etməmək tapşırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti məlumat yayıb.

Nəşr eyni zamanda xəstəxana rəhbərliyinin həkimlərə 60 yaşdan yuxarı, xroniki xəstəliyi olan insanların intensiv terapiya şöbəsinə yerləşdirilməsinə üstünlük verilməsini tapşırdığını qeyd edib. Pepperoni pizza

Hadisənin mətbuatda işıqlandırılmasından sonra sərt tənqidlərin hədəfinə çevrilən xəstəxanadan sözügedən məlumatla bağlı açıqlama verilib:

“Tibbi cəhətdən üstünlük hər zaman xəstənin sağalması gözləntilərinə əsaslanır. Xəstənin sağalmasına dair gözləntilər yüksək deyilsə, intensiv terapiya müalicəsi tətbiq edilə bilməz”. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!