“İsveçdəki ağır məğlubiyyətin əvəzini çıxmaq istəyirik” - Emin Mahmudov

saytların hazırlanması

Evə çatdırılma

“İsveçdəki ağır məğlubiyyətin əvəzini çıxmaq istəyirik” - Emin Mahmudov

İdman

15 Noyabr 2023 18:16 816


“Əlimizdən gələni edəcəyik ki, uğurlu oyun göstərək”.

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu futbolçusu Emin Mahmudov İsveç yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

31 yaşlı kapitan ev matçında qələbə qazanmaq istədiklərini bildirib: “Yaxşı komandaya qarşı oynayacağıq. Maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu oyun göstərək. Hər matçda qələbə üçün çıxırıq. Amma çətin rəqiblərə qarşı oynadığımızı da bilirik. Rəqibimiz güclü olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq”. Toyuqlu pizza

O, səfərdəki məğlubiyyətinin əvəzini çıxmaq istədiklərini bildirib: “İsveçdəki məğlubiyyət bizə pis təsir etmişdi. Çünki ilk 60 dəqiqədə top bizdə idi, hücumlar qurmağa çalışırdıq. Rəqibin heyətində keyfiyyətli oyunçular çoxdur. Onlara mane olmağa çalışacağıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!