İsveçli mütəxəssisə “Neftçi”də yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

İsveçli mütəxəssisə “Neftçi”də yüksək vəzifə verildi

İdman

22 Sentyabr 2023 17:03 583


Avropanın təcrübəli, tanınmış futbol funksionerlərindən biri, İsveç milli komandasının idman direktoru Yens Andersson “Neftçi” ilə müqavilə bağlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb. Andersson “Neftçi”də idman direktoru vəzifəsinə təyin olunub. 

50 yaşlı mütəxəssis buna qədər ölkəsinin “AİK Solna” (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın “Hayduk Split” (2013), Danimarkanın “Aarhus” (2014-2016) kimi klublarında idman direktoru olaraq çalışıb. Təcrübəli mütəxəssis 2022-ci ildən İsveç millisində idman direktoru kimi fəaliyyət göstərib.  Dominos pizza

Qeyd edilib ki, klubda aparılan islahatlar davam edir və yeni, köklü dəyişiklər gözlənilir. 

Hazırda idman direktoru vəzifəsində çalışan Zaur Əzizov klubda qalır və yeni idman direktoru ilə bərabər klubun inkişafı üçün çalışmağa davam edəcək. 

Yens Andersson müqavilənin imzalanması üçün Bakıya gəlib. Mütəxəssis işə dörd həftə sonra - İsveçdə - Federasiyadakı sənədləşmə işlərini yekunlaşdırdıqdan sonra başlayacaq. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!