İtaliya Futbol Federasiyası A seriyasının 2021-2024-cü illər üçün yayım hüququnu DAZN şirkətinə satıb.
Yenisabah.az xəbər verir ki, buna səsvermə nəticəsində qərar verilib. 20 komandadan 16-sı matçların DAZN tərəfindən yayımlanmasını dəstəkləyib. Beləliklə, şirkət 2021-2024-cü illərdə çempionatın hər bir turunda 10 matçın hamısını efirə verə biləcək. Lakin həmin qarşılşamalardan yalnız 7-si onların xüsusi yayımı olacaq. DAZN buna görə yerli federasiyaya 840 milyon avro ödəyəcək.
Qalan 3 oyun üçün isə "Sky Sport" 70 milyon avro təklif edib. Qərar verilməsi üçün tərəflər martın 29-da görüşəcəklər. pizza hut
Qeyd edək ki, bunadək A seriyası matçlarını DAZN və "Sky İtalia" yayımlayırdı.
Telegram kanalımız