İtaliya kubokunda qalmaqallı derbi: 15 nəfər yaralandı 

saytların hazırlanması

Evə çatdırılma

İtaliya kubokunda qalmaqallı derbi: 15 nəfər yaralandı 

İdman

26 Sentyabr 2024 16:16 444


İtaliya kubokunun 2-ci turunda keçirilən "Sampdoriya" - "Cenoa" matçından əvvəl və sonra qalmaqal olub. 

Yenisabah.az İtaliya mətbuatına istinadən xəbər verir ki,  Cenoa derbisindən əvvəl  iki komandanın azarkeşləri ara-sıra bir-birləri və təhlükəsizlik qüvvələri ilə insident yaşayıblar.Təhlükəsizlik qüvvələri bibər qazı və təzyiqli su ilə müdaxilə edib, azarkeşlər isə məşəl və daş ataraq onlara cavab verib. 

İki komandanın azarkeşləri arasında insident derbi matçından sonra da stadionun ətrafındakı küçələrdə davam edib. Hadisələr zamanı 15 nəfərin yaralandığı, azı 2 nəfərin saxlanıldığı bildirilib.  Dominos pizza

Hadisələrə görə bəzi küçələrdə insidentlərin olduğu  vurğulanıb. 

Qeyd edək ki, sözügedən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb."Sampdoriya" penaltilər seriyasında rəqibinə 6:5 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!