İtaliya mafiyası Qattuzonun ailəsini hədələyir 

saytların hazırlanması

Evə çatdırılma

İtaliya mafiyası Qattuzonun ailəsini hədələyir 

İdman

05 Fevral 2024 14:18 892


"Marsel"in baş məşqçisi Cennaro Qattuzonun ailəsi İtaliyada Kalabriya mafiyası tərəfindən təhdid edilir. 

Yenisabah.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Qattuzonun atası sahib olduğu torpaq sahəsinə müəyyən avadanlıqlar quraşdırmağı planlaşdırıb və o, bu layihə üçün 80 min avro maliyyə əldə edib. 

Xəbərdə qeyd olunub ki, mafiya Qattuzonun ailəsindən pul tələb edir. Onlar Qattuozunun qızının avtomobilini iki dəfə yandıraraq pul almaq üçün təzyiq ediblər.  pizza sifarişi

Qattuzonun atası isə bir müddət əvvəl polisə müraciət edib və məsələ ilə bağlı araşdırma başlayıb. Hazırda iki nəfərin saxlanıldığı bildirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!