İtaliya millisi yeni dünya rekorduna imza atıb.
Yenisabah.az xəbər verir ki, komanda bu rekorda ötən gün DÇ-2022-nin seçmə mərhələsində İsveçrə ilə heç-heçə etdiyi matçda (0:0) nail olub.
Yığma məğlubiyyətsiz oyunlar seriyasını 36-ya çatdırıb. Dominos pizza
İtaliya millisi bu göstərici ilə dünya rekorduna imza atıb.
Roberto Mançininin baş məşqçilik etdiyi kollektiv sonuncu dəfə 2018-ci ilin sentyabr ayında Millətlər Liqasında Portuqaliyaya uduzub.
Qeyd edək ki, daha əvvəlki dünya rekordları Braziliya və İspaniya millilərinə məxsus idi (35 matç).
Telegram kanalımız