Mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirən “Bornmut”un (İngiltərə) qapıçısı Asmir Beqoviçin “Milan”a (İtaliya) keçidi rəsmiləşib.
“Yeni Sabah” xəbər verir ki, 33 yaşlı qolkiper ilə iyunun 30-na kimi müqavilə imzalanıb. O İtaliya nəhəngində icarə əsasında oynayacaq.
Ağdam klubu rəsmi “Facebook” səhifəsində Beqoviçə təşəkkürünü çatdırıb və onun məhz “Qarabağ”dan İtaliya nəhənginə keçməsi məsələsini xüsusi qabardıb: Sezar pizza
"İtaliyanın ən titullu klubuna getmək üçün bizi seçdiyinə görə təşəkkürlər və uğurlar, Asmir Beqoviç!"
Xatırladaq ki, futbolçu "Qarabağ"da 17 oyun keçirib.

Telegram kanalımız