Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının yeddinci ayında İtaliya istilik mövsümünü rus qazı olmadan keçirməyə hazır olduğunu açıqladı.
Yenisabah.az “Bloomberg”ə istinadla xəbər verir ki, İtaliya Şimali Afrikadan kifayət qədər qaz alıb və Rusiya ixracını tamamilə dayandırsa belə, bu qış istənilən kəsiri kompensasiya edə biləcək.
Nəşrin yazdığına görə, ölkənin keçmiş baş naziri Mario Draqi deyib ki, “qaz tədarükünü təmin etmək və İtaliyanı Avropa İttifaqına təzyiq göstərən Rusiya tərəfindən tədarükdə mümkün fasilələrdən qorumaq üçün bütün dünyada kəşfiyyat aparıb”. Dördpendirli pizza
Əlcəzairdən İtaliyaya ixracın 2024-cü ildə iki dəfə artaraq ildə 18 milyard kubmetrə çatacağı, Misirdən LNG idxalının isə ilin sonuna qədər Rusiyadan hazırda göndərilən həcmə uyğun artacağı gözlənilir.
Agentlik onu da qeyd edir ki, Əlcəzair və Misirdən qaz tədarükünün artması Rusiyadan gələn qazın qalan hissəsini ödəyə biləcək.
Qeyd edək ki, Rusiya qazı hazırda İtaliyanın idxalının təxminən 10%-ni təşkil edir, halbuki Rusiyanın Ukraynaya təcavüzündən əvvəl bu rəqəm təxminən 40%-dir.
Telegram kanalımız