İtaliyada azyaşlı azərbaycanlı miqrant xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

İtaliyada azyaşlı azərbaycanlı miqrant xilas edildi

Maraqlı

21 Avqust 2022 12:54 1223


İtaliyada azyaşlı azərbaycanlı miqrant xilas edilib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, hadisə Salento kommunası sahillərində baş verib.

Qeyd edilir ki, gecə saatlarında Santa-Mariya-di-Leuka limanında 59 miqrantın olduğu kiçik gəmi aşkarlanıb. Onların xilas edilməsi ilə üçün yerli sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən əməliyyat başlayıb. Toyuqlu pizza

Miqrantlar arasında 44 kişi və 8 qadın, o cümlədən Azərbaycan, Suriya, Fələstin, İran və İraqdan olan yeddi azyaşlı var.

Miqrantlar ilk yoxlamalardan sonra identifikasiya prosedurlarından keçəcəklər. Onları Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) İtaliya nümayəndəliyinin könüllüləri qəbul edəcək və sığınacağa yerləşdirəcəklər.

Hazırda qaçaqmalçıların müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!